Moldova MDB çərçivəsində daha doqquz sazişi ləğv edəcək

Moldova MDB çərçivəsində daha doqquz sazişi ləğv edəcək

Moldova hökuməti MDB çərçivəsində hərbi və səhiyyə sahəsində daha doqquz sazişin denonsasiyasına hazırlaşır və bunu Aİ-yə inteqrasiya kursu ilə əsaslandırıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, müvafiq qərar layihələrini Nazirlər Kabinetinin mətbuat xidməti dərc edib.

İndiyədək Moldova hökuməti Birlik daxilindəki 282 müqavilədən 100-dən çoxunu denonsasiya etmək planlarını açıqlayıb. Bu günə qədər 40-dan çox müqaviləyə xitam verilib.

Qeyd edək ki, Moldovanın MDB-yə münasibəti 2020-ci ildən sonra dəyişməyə başlayıb. O vaxtdan bəri ölkə prezidenti Birliyin sammitlərində iştirak etmir.

Bütün xəbərlər Facebook səhifəmizdə