ABŞ-da Rusiya Tu-22M-nin təhlükəsindən danışıblar..?

ABŞ-da Rusiya Tu-22M-nin təhlükəsindən danışıblar..?

Rusiya Aerokosmik Qüvvələrinin Tu-22M (NATO kodlaşdırmasına görə: Backfire) uzaqmənzilli raketdaşıyıcı-bombardmançı təyyarələri ABŞ və onun müttəfiqləri üçün təhlükə yarada bilər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə cnın “The National Interest” nəşri yazır.

...Rusiya-Amerika münasibətlərinin durmadan pisləşən vəziyyətini nəzərə alaraq, Tu-22M Backfire bombardmançılarının Amerika və onun müttəfiqlərinin aktivləri üçün yarada biləcəyi təhlükəyə ciddi yanaşmaq lazımdır.

Bunu Amerika nəşri yazır.

Qeyd edək ki, dəyişən qanadları olan səsdən sürətli təyyarə ilk uçuşunu 1969-cu ildə edib və istehsalı 1993-cü ilə qədər davam edib.

Raketdaşıyıcının maksimal sürəti saatda 2300 kilometr, uçuş məsafəsi isə 6800 kilometrdir.

Təyyarə bomba və Kh-22 qanadlı raketləri daşıya bilir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə