Rusiya prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen Inın dəvəti ilə yaxın vaxtlarda Şimali Koreyaya səfər etməyi planlaşdırır. Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyinin hesabatında deyilir. Məlumatı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov təsdiqləyib, lakin eyni zamanda səfərin dəqiq tarixlərinin hələlik olmadığını dəqiqləşdirib.
...Prezident Putin Dövlət İşləri üzrə Sədri yoldaş Kim Çen Inın onu münasib vaxtda Pxenyana səfərə dəvət etdiyinə görə bir daha dərin minnətdarlığını bildirib və həmçinin yaxın gələcəkdə KXDR-ə səfər etməyə hazır olduğunu bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, bunu Koreya Mərkəzi Xəbər Agentliyinın bəyanatında deyilir.
Qeyd edək ki, agentlik həmçinin Putini “Koreya xalqının ən yaxın dostu” adlandırıb.
Xatırladaq ki, bundan əvvəl Şimali Koreyanın xarici işlər naziri Çoi Sonq Hui Rusiyaya səfər edib. O, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparıb. Şimali Koreya Xarici İşlər Nazirliyinin rəhbəri Vladimir Putinlə də görüşüb. Rusiya prezidentinin sözçüsü deyib ki, onlar “ən aktual beynəlxalq məsələlərdən” danışıblar.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB