Kamerun uşaqlar üçün malyariyaya qarşı kütləvi peyvənd proqramına başlayıb. Kamerun dünyada bu peyvəndləri Səhiyyə Nazirliyinin milli təqviminə daxil edən ilk ölkə olub. SİA-nın əldə etdiyi məlumata görə, Malyariyaya qarşı peyvəndlərin inkişafı 40 ildən çox davam edib, onlardan birincisi Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 2021-ci ildə, ikincisi isə 2023-cü ildə təsdiqlənib.
Qeyd edək ki, Kamerun ilk 330,000 doza peyvəndi keçən noyabr ayında alıb.
Uşaqlar altı aya qədər dörd dozadan birincisini almalıdırlar. Peyvəndlərin tam kursu uşağın iki yaşına qədər aldığı dörd dozadır.
Ölkə bu il və gələn il 6,6 milyon uşağa peyvənd etməyi planlaşdırır.
Bu arada Böyük Britaniyanın Milli Sağlamlıq İnstitutu peyvəndin uşaqlarda 36 faiz effektiv olduğunu təxmin edir. ...Həkimlər xəbərdarlıq edirlər ki, peyvəndlər malyariya ilə mübarizədə mühüm addım olacaq, lakin onlar tam qorunma təmin etmədiyi üçün tropik ölkələrin sakinləri adi epidemiya əleyhinə tədbirləri unutmamalıdırlar.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB