Fahrettin Altun fələstinli fotomüxbir Motaz Azaizəni təbrik edib

Fahrettin Altun fələstinli fotomüxbir Motaz Azaizəni təbrik edib

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun 'TRT World Citizen' mərasimində mükafata layiq görülən fələstinli fotomüxbir Motaz Azaizəni təbrik edib.

Türkiyə Radio Televiziya Qurumunun (TRT) İstanbulda təşkil etdiyi "TRT World Citizen" mərasimində Motaz Azaiza fotomüxbir mükafatına layiq görülüb.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Fahrettin Altun fələstinli fotomüxbir üçün təbrik mesajı yayımlayıb.

F.Altun Azaizanın İsrailin hücumu altında olan Qəzzada baş verənləri dünyaya çatdırmasının vacibliyini vurğulayıb.

"Hörmətli Motaz Azaiza, işinə və bütün dünyanın Qəzzada baş verən soyqırım barədə xəbər alma haqqına olan sədaqətin və buna özünü həsr etməyinə görə sənə minnət borcluyuq" deyib.

Qəzzada İsrail tərəfindən öldürülən jurnalistləri xatırladan Altun deyib:

“Əgər sizin varlığınız, xüsusən də bəşəriyyətin məlumat azadlığı üçün Qəzzada qətlə yetirilən 119 jurnalist və çətin şəraitdə fövqəlbəşəri səyləriniz olmasaydı, dünya baş verənlərdən daha az xəbərdar olardı, kütlələr hərəkətə keçə bilməyəcək və daha böyük acılar yanacaqdı".

F.Altun Motaz Azaizəni təbrik edərək, “Eynilə sənin kimi hər bir qəzzalının da ailələrilə sülhə qovuşmasını arzulayır, aldığın mükafata görə səni bir qardaşın olaraq təbrik edirəm" deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə