"Ukraynanın əks-hücumları istənilən nəticəni vermədi..."

"Ukraynanın əks-hücumları istənilən nəticəni vermədi..."

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell Ukraynanın əks-hücumunun istənilən nəticəni vermədiyini etiraf edib.

SİA-nın əldə etdiyi məlumata görə, o, bu barədə El Pais-ə müsahibəsində danışıb.

Qeyd edək ki, Borrell Ukraynanın qələbəsinin qeyri-mümkün olduğu və Qərb dövlətlərinin dəstəyinin uzun sürməyəcəyi ilə bağlı bəyanatlarla razı olmadığını da vurğulayıb.

Amma Borrell Ukraynanın ötənilki əks-hücumları istənilən nəticəni vermədiyini də qeyd edib.

Avropa diplomatiyasının rəhbəri hesab edir ki, Avropa İttifaqı artıq uğur qazandığı sahələrdə səylərini ikiqat artırmalıdır. O vurğulayıb ki, bu proses Avropa müdafiə sənayesinin canlanması ilə müşayiət olunmalıdır. Borrel vurğulayıb ki, Rusiya-Ukrayna münaqişəsi bu bölgənin Avropanın üzləşməli olduğu vəziyyətə uzaqdan hazır olmadığını göstərdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə