Türkiyə Silahlı Qüvvələri daha 14 terrorçunu zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələri daha 14 terrorçunu zərərsizləşdirib

Suriyanın şimalında separatçı terror təşkilatı PKK/YPG üzvü 14 terrorçu zərərsizləşdirilib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamada “Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz Suriyanın şimalında "Fərat qalxanı" əməliyyatı bölgəsində təcavüz atəşi açan 14 PKK/YPG terrorçusunu atəş dəstək vasitələri ilə zərərsizləşdirib” ifadələrindən istifadə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə