Qazaxıstan Xarici İşlər Nazirliyinin nümayəndəsi Aybek Smadiyarov “rusiyalı” teleaparıcı Tina Kandelakinin bundan sonra Qazaxıstana gəlmək imkanının olmayacağını bildirib.
Yəni, Tina daha Qazaxıstana gedə bilməyəcək.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, “qanında erməni qanı olan” Tina bu dəfə Qazaxıstanla bağlı danışarkən, guya bu ölkədə “rus dilinin sıxışdırıldığını” bildirib.
...Xarici İşlər Nazirliyi qeyd edib ki, dövlət digər ölkələrin “xoşlarına gəlməyənlərə” münasibətdə etdiyi kimi hərəkət edəcək. Onlar da müəyyən tədbirlərin görülməsini istisna etməyiblər. Smadiyarov vurğulayıb ki, Qazaxıstan bu cür hərəkəti bağışlamaq niyyətində deyil.
Smadiyarov “məşhur şəxslər”in respublika haqqında “yanlış” təsəvvür formalaşdırmasından təəssüfləndiyini də dilə gətirib.
Qeyd edək ki, daha əvvəl Telegram kanalında Qazaxıstanda rus dilinə münasibətlə bağlı fikirlərini bölüşən Kandelaki, bütün bunların “dövlət səviyyəsində” baş verdiyini dilə gətirmişdi.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB