Netanyahu "Həmas"ın tələbini rədd edib

Netanyahu "Həmas"ın tələbini rədd edib

İsrail "Həmas"ın bütün israilli girovların azad edilməsi müqabilində Qəzza zolağında hərbi əməliyyatların dayandırılması tələbini rədd edib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu deyib.

“"Həmas" girovların azad edilməsi müqabilində müharibənin dayandırılmasını, qüvvələrimizin Qəzzadan çıxarılmasını və hərəkata toxunulmazlıq tələb edir. Bununla razılaşsaq, hərbçilərimizin ölümü bihudə olacaq, vətəndaşlarımızın təhlükəsizliyinə təminat verə bilməyəcəyik. Buna görə də buna razı olmayacağıq”, - deyə Netanyahu bildirib.

Onun sözlərinə görə, yalnız İsrailin Qəzza zolağında tam qələbəsi "Həmas"ın ləğvini və bütün girovların geri qaytarılmasını təmin edəcək.

Netanyahu xatırladıb ki, İsrail oktyabrın 7-də "Həmas" tərəfindən oğurlanmış 240-dan çox girovdan 110 nəfərin azad olunmasına nail olub. “Biz onların hamısını geri qaytarmağa çalışırıq, bu, müharibənin məqsədlərindən biridir. "Həmas"a hərbi təzyiq onun başa çatması üçün zəruri şərtdir”, - deyə Netanyahu qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə