...Bu gün Rusiya Federasiyasında Vladimir Putinin getməsində maraqlı olan qüvvələr var.
SİA-nın əldə etdiyi məlumata görə, bunu Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri, Ukrayna Ordusunun generalı Nikolay Malomuj bildirib.
Ukraynalı generala görə, bu qüvvələr, təbii ki, vəziyyəti dərindən dərk edən və döyüş meydanında, ümumilikdə Rusiya Federasiyasında əslində nə baş verdiyini yaxşı bilən insanlardır.
Bunlar ilk növbədə xüsusi xidmət orqanlarının nümayəndələridir. Onlardan bəziləri, əvvəldən müharibənin əleyhinə olublar, çünki onlar bu fikrin absurdluğunu və Rusiya üçün böyük riskləri dərk edirdilər. Lakin onlar hər halda aciz olmasalar da, amma Putin rejiminə tabe olmağa məcbur oldular.
Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbərinin dediyinə görə, bu insanlar arasında Putinə məktublar yazan və müharibəyə etiraz edən hərbi qulluqçular, xüsusən də təqaüdçülər də var.
Malomuja görə, bu qüvvələr arasında iri biznes nümayəndələri də var ki, onlar bu gün böyük itkilərə məruz qalırlar, çünki onların hamısı təcrid olunub, əmlaklarına həbs qoyulub.
Və Malomujun fikrincə, bu gün kölgədə olan Rusiya təhlükəsizlik məmurları, iş adamları və bir sıra siyasətçilər, belə görünür ki, öz saatlarını gözləyirlər..?
...Ümumiyyətlə, bu gün Rusiyadakı vəziyyət elə ruscadır...
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB