İranda 5 əsgər qətlə yetirilib

İranın Kirman şəhərindəki hərbi bazada əsgər terror törədib. SİA xarici mətbuata istinadən xəbər verir ki, İran ordusunun Cənub-Şərqi Regional Qərargahının komandanı briqada generalı Əmir Qulamalian açıqlamasında bildirib ki, mühafizə postunu tərk edən əsgər yataqxanaya basqın edərək 5 əsgər yoldaşını güllələyərək öldürüb.

Naməlum əsgərin yoldaşlarına niyə atəş açdığının hələlik məlum olmadığını bildirən Qulamalian, hücumdan sonra bazadan qaçan əsgərin tutulması üçün əməliyyatın başladığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə