Hakan Fidan ABŞ-yə səfərə gedib

Hakan Fidan ABŞ-yə səfərə gedib

Türkiyənin xarici işlər naziri Hakan Fidan BMT Təhlükəsizlik Şurasının iclasında iştirak etmək üçün ABŞ-nin Nyu-York şəhərinə yola düşüb. SİA xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Telekanal qeyd edib ki, Fidan BMT TŞ-nin yanvarın 23-də keçiriləcək Fələstin mövzulu iclasına qatılacaq.

Türkiyənin XİN başçısının səfər əsnasında ikitərəfli görüşlər də keçirəcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə