...Yanvarın 21-nə keçən gecə Leninqrad vilayəti müharibə başlayandan bəri ikinci pilotsuz təyyarə hücumuna məruz qalıb. Qeyd edək ki, birincisi hücum cəmi bir neçə gün əvvəl - cümə axşamı baş vermişdi.
SİA “Dialoq.ua” agentliyinə istinadən yazır ki, zərbə hər iki dəfə Putinin köhnə dost və tanışlarının obyektlərinə dəyib.
Kinqisepp rayonunun rəhbəri Yuri Zapalatski bildirib ki, Ust-Luqada Novatek terminalının ərazisində yanğın səhər saat üçdə baş verib. Şahidlər yanğından əvvəl iki partlayış səsi eşitdiklərini bildiriblər.
“Fontanka”nın yazdığına görə, hava hücumundan müdafiə ekipajları bir neçə saat ərzində bölgədə iki pilotsuz uçan aparat müşahidə ediblər.
Onları Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da görüb. Deməli, həmən uçuş aparatları Sankt-Peterburqa çataraq, istiqaməti Ust-Luqaya doğru dəyişiblər.
Deyilənlərə görə, Telegram-da pilotsuz uçan aparatın videosu yayımlanıb.
Qeyd edilir ki, Ukraynanın zərbə endirmək üçün istiqamət götürdüyü obyektlər Putinin ən yaxınları kimi təqdim edilən
Leonid Mixelson və Gennadi Timçenkoya məxsusdur.
...Hücum zamanı terminalın yaxınlığında Panama, Malta, Liberiya, Qabon, Yunanıstan, Honq-Konq, Marşal və Kayman adalarının bayraqları ilə üzən bir neçə gəmi də olub.
Yeri gəlmişkən, Ust-Luqadakı kompleks Novatek-in qaz kondensatının emalı üzrə iki kompleksindən biridir.
2022-ci ildə ixrac üçün 6,9 milyon ton kondensat emal edib.
Bu arada Ukrayna nəşrləri, o cümlədən RBC-Ukrayna mənbələrinə istinadən, Ust-Luqada terminala hücumu Ukrayna Təhlükəsizlik Xidmətinin təşkil etdiyini yazıblar.
...Leninqrad vilayətindəki Ust-Luqa Oil neft terminalı düşmən üçün mühüm obyektdir. Orada Rusiya qoşunları üçün yanacaq emal edirlər.
Bunu isə Rusiya mənbələri bildirib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB