Ölənlərin sayı artıb...

Ukrayna Silahlı Qüvvələrinin Donetsk Xalq Respublikasını atəşə tutması nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri DXR rəhbəri Denis Puşilin Telegram kanalında yazıb.

Ukrayna tərəfdən Donetsk mikrorayonunda açılan atəş nəticəsində 27 dinc sakin həlak olub, daha 25 nəfər, o cümlədən iki yeniyetmə müxtəlif dərəcəli xəsarətlər alıb. Ümumilikdə DXR-in 28 sakini həlak olub, 30 rayon sakini yaralanıb.

Bunu Puşilin bildirib.

Bu arada Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, ümumilikdə altı artilleriya hücumu həyata keçirilib. Atəş Ukraynanın nəzarətində olan Avdeevkadan Qərbin təchiz etdiyi silahlardan istifadə edilməklə həyata keçirilib. …Hərbi müxbir Aleksandr Sladkov da öz növbəsində Donetskin 35 dəqiqə fasilələrlə vurulduğunu bildirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə