Kiyev Xarkov vilayətinin Kraxmalnoye kəndinin itkisi təsdiqlədi...

Kiyev Xarkov vilayətinin Kraxmalnoye kəndinin itkisi təsdiqlədi...

...Ukrayna hərbçiləri Xarkov vilayətinin Kraxmalnoye kəndini tərk ediblər.

SİA-nın əldə etdiyi məlumata görə, Quru Qoşunlarının nümayəndəsi Vladimir Fityo bu barədə Ukrayna televiziyasında bildirib.

...Bazar günü səhər saatlarında Rusiya Müdafiə Nazirliyi Kupyansk istiqamətində Rusiya silahlı qüvvələrinin Ukrayna Silahlı Qüvvələrini Kraxmalnıdan sıxışdırıb çıxardığını açıqlayıb.

Moskvada bunu Qərb Qüvvələr Qrupunun bölmələrinin aktiv fəaliyyətinin nəticəsi adlandırıblar.

Ukrayna Quru Qoşunlarının nümayəndəsi Fityonun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin döyüşçüləri kəndi tərk edərək əvvəllər hazırlanmış və daha münasib mövqelərə çəkiliblər.

Fityo eyni zamanda bu qərarın tərəflər arasında demarkasiya xəttində kəndə bitişik yerləşən bölmələr üçün təhlükə yaratmadığını da bildirib.

...Düşünürəm ki, bu müvəqqəti bir hadisədir. Cəbhə xətti hər gün dəyişir.

Vladimir Fityo deyib bunu.

Onun sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı müharibəsi başlamazdan əvvəl Kraxmalnoye kəndində 45 nəfər yaşayırdı, sonradan döyüşlər nəticəsində orada dağılmış bir neçə yaşayış binası qalıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə