ABŞ-da qar, çovğun və şaxtadan ölənlərin sayı artır

Gələn həftənin əvvəlində də şaxtaların davam edəcəyi proqnozlaşdırılır
ABŞ-da qar, çovğun və şaxtadan ölənlərin sayı artır

ABŞ-da kəskin hava şəraiti – qar, çovğun və şaxta səbəbindən 83 nəfərin öldüyü təsdiqlənib. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “CBS” News bildirib.

Tennessi ştatında 19, Oreqonda 16 nəfər ölüb. İllinoys, Pensilvaniya, Missisipi, Vaşinqton, Kentukki, Viskonsin, Nyu-York və Nyu-Cersi ştatlarında da ölüm halları var.

Gələn həftənin əvvəlində də şaxtaların davam edəcəyi proqnozlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə