...Tailanddan Moskvaya uçan sərnişin təyyarəsinin Əfqanıstanda qəzaya uğradığı iddia edilir. Deyilənlərə görə, təyyarə rabitəni dayandırıb və şənbə günü axşam saatlarından radardan itib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, gecə saatlarında Əfqanıstanın Bədəxşan vilayətinin sakinləri qəzanı eşidib və polisə xəbər veriblər.
Federal Hava Nəqliyyatı Agentliyi bildirib ki, söhbət Rusiya Federasiyasının mülki təyyarələrinin dövlət reyestrində qeydiyyata alınmış “Falcon 10” təyyarəsindən gedir.
O, “Athletic Group” MMC və fərdi şəxsə məxsusdur. Ehtimallara görə, təyyarənin göyərtəsində altı nəfər olub. dörd ekipaj üzvü və iki sərnişin. Yenə də ehtimallara görə, onlardan ən azı ikisi Rusiya vətəndaşı olub.
...Təyyarə çarter təcili yardım reysi həyata keçirirmiş. Onun marşrutu Qaya (Hindistan) - Daşkənd (Özbəkistan) - Jukovski (Moskva vilayəti, Rusiya) kimi elan edilib. Federal Hava Nəqliyyatı Agentliyi aydınlaşdırıb ki, təyyarənin ilkin uçuş nöqtəsi Taylandın Utapao hava limanı olub.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB