...Özünü Abxaziya elan etmiş Suxumidə abxaz rəssamlarının “qızıl fondu” yanıb.
SİA xəbər verir ki, bu barədə Apsnypress məlumat yayıb. Deməli, Suxumidəki Mərkəzi Sərgi Zalı binasının ikinci mərtəbəsində dörd mindən çox nüsxə olan Milli Rəsm Qalereyasının fondları vardı. Onların arasında Aleksandr Çaçba-Şervaşidzenin 300-ə qədər əsəri var olub.
Bunu yerli Mədəniyyət Nazirliyindən bildiriblər.
...Yanğın binanın damından başlayıb. Görünür, elektrik naqillərində qısaqapanma olub. Bütün rəsmlər yanıb. Bu, bizim üçün düzəlməz ziyandır.
Bunu isə rəsm qalereyasının direktoru Suram Sakaniya bildirib.
Qeyd edək ki, yanğınsöndürənlər alovun qonşu binalara, o cümlədən rus və abxaz teatrlarına keçməsinin qarşısını ala biliblər.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə