İlon Maskın süni intellekt sahəsində inkişaf edən “xAI” startapı 500 milyon dollar investisiya cəlb edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu, şirkətin investorların köməyi ilə cəlb etməyi planlaşdırdığı məbləğin yarısıdır. Qiymətli Kağızlar və Birja Komissiyasının sənədləri “xAI”nin 1 milyard dollarlıq kapital cəlb etməsini göstərir.
Startapın müəlliflərinə görə, onun dəyəri təxminən 15-20 milyard dollara çatacaq. Eyni zamanda, onun səhmlərinin 25%-i İlon Maskın “X” sosial şəbəkəsinin (keçmiş “Twitter”) hazırkı səhmdarlarına məxsus olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB