...Şimali Koreya lideri Kim Çen In ordu qurmaqdansa, öz xalqını normal şəkildə qidalandırması daha yaxşı olardı. SİA-nın əldə etdiyi məlumata görə, bunu Ağ Evin Milli Təhlükəsizlik və Müdafiə Şurasının koordinatoru Con Kirbi deyib.
...Biz nüvə imkanları da daxil olmaqla qabaqcıl hərbi imkanları inkişaf etdirməyə davam edən bir rejimə rəhbərlik edən bir adamın bu cür ritorikasını ciddi qəbul etməliyik.
Bunu bildirən Kirbi, ABŞ-ın Şimalı Koreyadan gələn təhlükəni dəf etmək üçün hər şey etdiyini də diqqətə çatdırıb.
Amerikalı səlahiyyətlinin sözlərinə görə, Kim Çen In qabaqcıl hərbi imkanlar almaq və əldə etməkdənsə, öz xalqını qidalandırmağa daha çox diqqət yetirməlidir.
...Şimali Koreya bəzən nüvə silahı statusu iddia edir və müntəzəm olaraq ballistik raketləri sınaqdan keçirir. Bu sınaqlar ABŞ, Cənubi Koreya və Yaponiyada narahatlıq doğurur.
Bundan əvvəl məlum olub ki, Şimali Koreya hipersəs bərk yanacaqlı ballistik raketin sınaqlarını elan edib.
Şimali Koreyanın Yapon dənizinə doğru ballistik raket atması Yaponiyada narahatlıq doğurduğunu da xəbər vermişdik.
Ağ Ev bildirib ki, Şimali Koreyanın Rusiya ilə əməkdaşlığı nəticəsində gələcək onillikdə onun yaratdığı təhlükəsizlik təhdidinin xarakteri köklü şəkildə dəyişə bilər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə