...Bu arada Rusiya hökuməti Böyük Britaniya ilə balıqçılıqla bağlı sazişin denonsasiyası haqqında qanun layihəsini Dövlət Dumasına təqdim edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, sənəd şənbə günü Dumanın elektron məlumat bazasında peyda olub. ...Və yanvarın 18-də Nazirlər Kabineti Yeni ildən sonrakı ilk iclasında sazişin denonsasiyasını təsdiqləyib.
Xatırladaq ki, saziş keçmiş SSRİ ilə Böyük Britaniya arasında hələ 1956-cı ilin mayında, Sovet liderləri Nikita Xruşşov və Nikolay Bulqaninin Londona səfərindən az sonra imzalanıb.
Sovet İttifaqının dağılmasından sonra Rusiya özünü SSRİ-nin hüquqi varisi elan etdiyi üçün müqavilə öz fəaliyyətini davam etdirdi.
Beləliklə, sənədə əsasən, Britaniya balıqçı gəmilərinə Kola yarımadasının sahilləri boyunca Barents dənizinin müəyyən ərazilərində balıq tutmağa, gəmilərin bu sularda sərbəst üzməsinə və lövbər salmasına icazə verilirdi.
Bəli, dünənə qədər verilirdi, amma indi Rusiya hökuməti 70 ilə yaxın qüvvədə olan sənədin ləğv edilməsini təklif edib. Niyə, çünki, ingilislər Ukraynaya qahmar çıxmaqla Rusiya ilə ticarətdə ən əlverişli dövlət rejimindən imtina etmiş olublar
...Qanun layihəsinə dair izahat qeydində deyilir ki, saziş “əsasən birtərəfli”dir və onun denonsasiyası “Rusiya Federasiyası üçün ciddi xarici siyasət və iqtisadi nəticələrə səbəb olmayacaq”.
Yeri gəlmişkən, rusların yazdığına görə, guya artıq ingilislərin canına elə indidən “vic-vicə” düşüb. Çünki, onlar bunun ölkədə ənənəvi yemək olan balıq və çipslərin qiymətinin artmasına səbəb ola biləcəyindən qorxurlar.
Amma deyəsən daha qorxmayacaqlar.
Çünki ingilis balıqçıları xeyli müddətdir ki, müqavilənin əhatə etdiyi ərazilərdə balıq-filan tutmurlar.
Qeyd edək ki, Britaniya hökuməti Rusiya hakimiyyətinin qərarını Rusiyanın “özünü təcrid etməsi”nin nümunəsi adlandırıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB