Rusiyada bir ailə dəm qazından boğularaq ölüb

Rusiyada bir ailə dəm qazından boğularaq ölüb

Rusiya Federasiyasının Tula vilayətindəki evdə qaz sızmasından ailənin bütün üzvləri ölüb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsi məlumat yayıb.

Hadisə zamanı üç nəfərin meyiti evdə aşkarlanıb.

Müstəntiqlər ölümün ilkin səbəbinin dəm qazından olduğunu güman edirlər.

Hadisənin baş vermə şəraiti araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə