Rusiyada partlamış isti su borularının necə təmir olunması ilə bağlı müzakirələr aparıldığı zaman, artıq Yaponiyanın SLIM eniş aparatı sakitcə Aya yaxınlaşırdı.
...Və beləliklə o artıq Aya enib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu gün ondan iki tədqiqat robotu ayrılıb.
...İndi Yaponiya “Rusiya kosmosu” haqqında dörddəbir yanaqlarını şişirdən, lakin Aya aparatı endirə bilməyən putinçiləri qabaqlayıb. Xatırladaq ki, rusların böyük ümidlə Aya göndərdikləri “Luna-25” 2023-cü il avqustun 19-da eniş zamanı qəzaya uğradı.
Hazırda planetdə mövcud olan ölkələrdən yalnız dörd ölkə Aya enib - ABŞ, Çin, Hindistan, Yaponiya. Gördüyünüz kimi, Rusiya bu ölkələr arasında yoxdur.
...Putinin və onun bütün alaqaranlıq hakimiyyətinin daha bir kosmik məğlubiyyəti göstərir ki, dərinliklərdə yatan geniş ərazi və ehtiyatlar nəinki birinciliyə, hətta ən azı müasir texnoloji dünyada “səviyyədə” yer tutmağa zəmanət vermir.
Deyim ki, bunu mən demirəm, rusların özləri etiraf edirlər.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB