...Britaniya Kral Donanması Fars körfəzində iki gəmisinin toqquşması ilə bağlı insidenti araşdırır.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, insident HMS Chiddingfold və HMS Bangor gəmilərində qeydə alınıb.
Britaniyanın iki minaaxtaran gəmisi Bəhreyndəki bazada toqquşub. Hadisə videoya çəkilib. Görüntülərdə əks istiqamətdə hərəkət edən ilk gəminin estakada yanan HMS Bangor-a necə çırpıldığı göstərilir.
Hadisə nəticəsində ikinci gəmidə dəlik yaranıb.
Britaniya Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi insident zamanı itkinin olmadığını bildirib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB