Slovakiya Ukraynaya hərbi sahədə kömək etməyəcək!?.

Slovakiya Ukraynaya hərbi sahədə kömək etməyəcək!?.

Çərşənbə günü, yanvarın 24-də Ujqorodda Ukrayna və Slovakiyanın baş nazirləri Denis Şmıqal və Robert Fiko arasında görüş keçiriləcək.

SİA-nın əldə etdiyi məlumata görə, bu xəbəri Dennik N-ə Slovakiya hökumətinin başçısı da təsdiqləyib.

O, humanitar yardımla bağlı danışıqlara getdiyini və Slovakiyanın Ukraynaya hərbi sahədə kömək etməyəcəyini bir daha vurğulamaq niyyətində olduğunu bildirib.

Fico görüşün “maraqlı olacağını” iddia edir, onun sözlərinə görə, Ukrayna tərəfi hətta birgə mətbuat konfransından da imtina edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə