Filip Lazzarini İordan çayının qərb sahilindəki vəziyyəti qiymətləndirib

Filip Lazzarini İordan çayının qərb sahilindəki vəziyyəti qiymətləndirib

BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin Yaxın Şərq üzrə baş komissarı Filip Lazzarini 2023-cü ilin oktyab ayından etibarən İordan çayının qərb sahillərində zorakılığın ən yüksək həddə çatdığını bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, Filip Lazzarini İsrailin 7 oktyabrdan bəri işğal altındakı İordan çayının qərb sahilində artan hücumlarının nəticələri ilə bağlı rəsmi internet səhifəsində paylaşım edib.
2023-cü ilin oktyabr ayından etibarən İsrail qüvvələrinin İordan çayının qərb sahilindəki qaçqın düşərgələrinə qarşı həyata keçirdiyi əməliyyatların sayının, müddətinin və intensivliyinin artdığını ifadə edən Filip Lazzarini hücumların cənuba doğru genişləndiyini bildirib.

Xatırladaq ki, ''Həmas''ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları İsrailin fələstinlilərə və onların müqəddəs dəyərlərinə qarşı davamlı pozuntularına cavab olaraq 2023-cü il oktyabrın 7-də səhər saatlarında hərtərəfli hücuma keçib. İsrail qüvvələri də buna cavab olaraq Qəzza zolağına intensiv hücumlara başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə