Boliviyada daşqınlar nəticəsində 6 nəfər ölüb

Boliviyada daşqınlar nəticəsində 6 nəfər ölüb

Cənubi Amerika ölkəsi Boliviyanın şimalında leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində 6 nəfər ölüb, 2 nəfər itkin düşüb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, paytaxt La Pazdakı Tipuani çayının daşması səbəbindən yüzlərlə ev və kənd təsərrüfatı sahəsi su altında qalıb.
Səlahiyyətlilər axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib və təbii fəlakətdən zərər çəkənlərə yardım materialları verəcəklərini açıqlayıb. Təbii fəlakət nəticəsində 450 evə ziyan dəydiyi, çox sayda ailənin təxliyə edildiyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə