Bryansk bölgəsində döyüş olub...

Rusiya Könüllülər Korpusu texnikanı və Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının şəxsi heyətini məhv ediblər
Bryansk bölgəsində döyüş olub...

...Bu arada Rusiya Könüllülər Korpusu yenə dinc dayanmayıb. Belə ki, onlar bu dəfə Rusiya Federasiyasının Bryansk vilayətində uğurlu xüsusi əməliyyat keçiriblər.

SİA-nın əldə etdiyi məlumata görə, Rusiya Könüllülər Korpusu ruslara qarşı keçirdiyi əməliyyatın videosunu nümayiş etdirib.

Qeyd edək ki, sonradan Rusiyanın teleqram kanalları da yaşananları etiraf etmək məcburiiətində qalıb.

Ruslar Bryansk vilayətinin Suzemski rayonunda “Ural” markalı avtomobilin Rusiya Könüllülər Korpusunun döyüşçüləri tərəfindən pusquya salındığını etiraf ediblər.

Qeyd edək ki, onlar bunu Rusiya Könüllülər Korpusunun rus ordusuna məxsus nəqliyyatın saxlanılıb məhv edilməsinin görüntülərini nümayış etdirdiklərn sonra bildiriblər.

...Kəşfiyyatçılarımız cəsarətli əməliyyat keçirərək Rusiyanın “Ural 4320 Mo” və Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının şəxsi heyətini məhv ediblər.

Bunu Ukrayna tərəfində döyüşən ruslar -Rusiya Könüllülər Korpusu bəyan edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə