Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-ın keçmiş prezidenti Donald Trampı növbəti dəfə Kiyevə dəvət edib. SİA-nın əldə etdiyi məlumata görə, Zelenski yanvarın 19-da Britaniyanın “X” telekanalında yayımlanan “Channel 4 News”-a müsahibəsi zamanı Trampa müraciət edib.
...Donald Tramp, mən səni Ukraynaya, Kiyevə dəvət edirəm. Ona görə də, əgər 24 saat ərzində müharibəni dayandıra bilsəniz, düşünürəm ki, bu, gəlmək üçün kifayət edər.
Zelenski bildirib bunu.
Eyni zamanda o, Trampın 24 saat ərzində Ukraynada “müharibəyə son qoymaq” niyyətindən danışmasını “çox təhlükəli” adlandırıb.
Yəni o, özbaşına mstəqil qərarlar verəcək - mən heç təcavüzkar ölkə olan Rusiyanı demirəm - hər iki tərəfsiz, yəni bizsiz...
Bu o deməkdir ki, əgər onun heç kimin eşitmədiyi ideyası bizim xalqımız üçün işləmirsə, o, hər halda fikrini çatdırmaq üçün hər şeyi edəcək. Bu isə məni bir az narahat edir.
Bunu da Zelenski bildirib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB