...“Telegram” və “WhatsApp”ın işində fasilələr təkcə son 3 ildə ən böyük etiraz dalğasının baş verdiyi respublika sakinləri arasında deyil, həm də ölkənin digər bölgələrində də müşahidə olunmaqdadır.
SİA-nın əldə etdiyi məlumata görə, Başqırdıstan Respublikasının Rəqəmsal İnkişaf Nazirliyi, baş verənlərin regional hakimiyyət orqanlarının səlahiyyətindən kənarda olduğunu bildirib.
Qeyd edək ki, yanvarın 17-dən Başqırdıstanın Baymak şəhərində polislə Fail Alsınovu dəstəkləyən etirazçılar arasında toqquşmalar başlayandan yerli WhatsApp messencerinin işində problemlər hiss etməyə başlayıblar. Yanvarın 19-da Ufada keçirilən etiraz aksiyasının iştirakçıları da rabitə ilə bağlı çətinlikləri qeyd ediblər.
Belə ki, onların internet və mobil rabitəsi fasilələrlə işləyib. “SOTAvision” xəbər verir ki, səhər mitinqindən sonra onların müxbirinin mobil nömrəsinə müxtəlif ölkələrdən müxtəlif nömrələrdən bir neçə dəfə zəng daxil olub və...bundan sonra mobil əlaqə itib.
Elə həmin gün şəbəkələrdə Telegram messencerinin işində problemlər barədə məlumatlar peyda olub.
Başqırdıstan sakinləri şikayətlərlə regional Rəqəmsal İnkişaf Nazirliyini “bombalayıblar”.
“Astra”-nın mesajından da göründüyü kimi, departament problemi “təəssüf ki, biz özümüz bütün rabitə xətalarının aradan qaldırılmasını gözləyirik” sözləri ilə etiraf edib.
...Və onlar izah ediblər ki, guya baş verənlər “regional hakimiyyət orqanlarının səlahiyyətləri xaricindədir”.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB