Türkiyə Silahlı Qüvvələri daha 10 terrorçunu zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələri daha 10 terrorçunu zərərsizləşdirib

İraq və Suriyanın şimalında separatçı terror təşkilatı PKK üzvü 10 terrorçu zərərsizləşdirilib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Milli Müdafiə Nazirliyindən verilən açıqlamada "Terrorçular üçün heç bir yer təhlükəsiz deyil. Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz Suriyanın şimalında aşkarladıqları 7 PKK/YPG terrorçusunu, İraqın şimalında isə 3 PKK terrorçusunu zərərsizləşdirib" ifadələrdən istifadə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə