Putin xaricdə Rusiya imperiyasının əmlakının tapılmasını tələb edir...
"Bəlkə də qaytardılar..."

...Deməli, ötən gün Rusiya rəhbəri Vladimir Putin ölkəyə, o cümlədən SSRİ və Rusiya İmperiyası dövrünə məxsus xarici daşınmaz əmlakın axtarışı, qeydiyyatı və hüquqi mühafizəsi üçün vəsaitin ayrılması haqqında fərman imzalayıb.

SİA xəbər verir ki, bu barədə “Moskva Tayms” məlumat yayıb.

Qeyd edək ki, bu məsələ ilə Rusiya Prezidentinin İşlər İdarəsi və Xarici İşlər Nazirliyi məşğul olacaq.

Oktyabrın 5-də ABŞ dövlət katibi Antoni Blinken bildirib ki, onun ölkəsi və Avropa İttifaqı Rusiya aktivlərinin 300 milyard dollarını Ukraynanın yenidən qurulması və digər ehtiyaclarına yönəltmək üçün qanuni səlahiyyəti nəzərdən keçirir.

...Dekabrın 16-da “Financial Times” yazıb ki, G7 ölkələri Rusiyanın aktivlərini Ukraynaya keçirmək məqsədi ilə mümkün müsadirəyə yaxınlaşır.

...“Financial Times” təklif edir ki, Rusiya aktivlərinin müsadirəsi məsələsi G7 liderlərinin 2024-cü il fevralın 24-nə planlaşdırılan görüşündə müzakirə olunacaq.

...Dekabrın 17-də Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya köçürülməsi üçün lazım olan qərarların konturlarının artıq hazırlandığını bildirib.

Qeyd edək ki, bu hərəkətlərə cavab olaraq, Rusiya Federasiyası mümkün məhkəmə prosesləri ilə hədələməyə başlayıb.

Yeri gəlmişkən, Putinin mətbuat katibi Dmitri Peskov, Kremlin hər hansı müsadirə cəhdini “açıq oğurluq” kimi qiymətləndirəcəyini deyib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə