...2023-cü ildə Gürcüstanda qalan Belarus vətəndaşlarının sayı 1999 nəfər azalıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri Gürcüstan Daxili İşlər Nazirliyindən jurnalist Nikolay Levşits verib.
Qeyd edək ki, məlumat 2023-cü il ərzində dövlət sərhədindən keçən şəxslərin sayına dair statistikaya əsaslanır.
Maraqlıdır ki, gələnlərin sayı gedənlərin sayından çox olsa da, amma Gürcüstanda üç ölkənin - Rusiya, Ukrayna və Belarusun nümayəndələri daha azdır.
Belə ki, son zamanlar bu ölkədən ən çox gedən ruslar (30 986), ukraynalılar ikinci yerdə (3 989), ilk üçlüyü belaruslar qapayıb.
Gürcüstana gələn bəzi millətlərin nümayəndələrinin sayı isə artıb. Belə ki, bu ölkəyə Türkiyədən - 18 883, Hindistandan - 7 209, Ermənistandan isə 5 859 nəfər gəlib.
Yeri gəlmişkən, Teleqram kanalı həmçinin Gürcüstan Daxili İşlər Nazirliyinin əcnəbilərə verilmiş sürücülük vəsiqələri ilə bağlı məlumatları da təqdim edib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB