Avropa İttifaqı ölkələri Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar ona qarşı növbəti, 13-cü sanksiyalar paketini müzakirə etməyə başlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, Bloomberg xəbər verir ki, onun işğalın ikinci ildönümünə, fevralın 24-nə qədər təsdiqlənməsi gözlənilir.
Sanksiyalar siyahısına yeni fiziki və hüquqi şəxslərin əlavə edilməsi, habelə yeni ticarət məhdudiyyətlərinin, eləcə də sanksiyalardan yayınma ilə mübarizə üçün əlavə tədbirlərin görülməsi gözlənilir.
Bloomberg-in məlumatına görə, çərşənbə günü yeni paket Avropa Şurası tərəfindən Avropa İttifaqına üzv ölkələrin səfirləri səviyyəsində müzakirə edilib. Agentlik qeyd edir ki, yeni paketi fevralın 24-dən əvvəl təsdiqləmək asan olmayacaq.
Xatırladaq ki, 12-ci sanksiyalar paketi üzərində iş iki aydan çox çəkmişdi.
Hələlik konkret təkliflər açıqlanmayıb.
Yeri gəlmişkən, dekabrda təsdiqlənmiş 12-ci sanksiya paketinin ən əhəmiyyətli bəndi Rusiya almazlarının idxalına mərhələli qadağa qoyulması olub. Üçüncü ölkələr vasitəsilə sanksiyalardan yayınma ilə mübarizə üçün əlavə tədbirlər də tətbiq edilib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB