Toyuq bəhanədir, məqsəd Rusiya vətəndaşının ləyaqətini alçaltmaq olub..?
...Bu arada Rusiya İstintaq Komitəsi “Vətəndoş” regionlararası özbək icmasının rəhbəri Usman Baratova qarşı sosial şəbəkələrdə toyuq yumurtasının kəskin bahalaşmasına münasibət bildirdiyi paylaşımına görə cinayət işi açıb.
SİA-nın əldə etdiyi məlumata görə, ötən ilin dekabrında Baratov toyuq təsviri və onun yumutlamaması ilə bağlı balaca bir yazı yazıb.
Təbii ki, rusiyalı kremlpərəst bloggerlər yazıdan çox şəkilə diqqət çəkiblər.
Onlar orada Ukrayna ərazisində səfərbər olanların - döyüş əməliyyatlarının iştirakçılarının arvadlarına işarə görərək, Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinə kollektiv bəyanat göndərib və özbək icmasının rəhbərinə qarşı cinayət işinin açılmasını tələb ediblər.
...Və bundan sonra özbək Baratov saxlanılıb. O, nifrət və ya düşmənçilik salmaqda ittiham olunub. Müstəntiqlərin fikrincə, “Vətəndoş”un rəhbəri xüsusi hərbi əməliyyat iştirakçıları da daxil olmaqla bir qrup Rusiya vətəndaşının ləyaqətini alçaldıb.
Usman Baratovun özü isə ona qarşı irəli sürülən ittihamı şərh edərkən, toyuqların satirik fotosunun xüsusi hərbi əməliyyat iştirakçıları ilə heç bir əlaqəsi olmadığını söyləyib.
Amma kimə deyəsən? Belə ki, belə işlərdə “böyük təcrübə toplamış” Dövlət Dumasının sədr müavini Pyotr Tolstoy milli icmaların və diasporların mütəşəkkil cinayətkar strukturlarla eyniləşdirilməsini tələb edərək, millətlərarası liberalizmə son qoymağa və belə birlikləri ləğv etməyə çağırıb.
...Deyirəm, bunu elə rusların özlərindən başlamaq olardı.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB