Rusiyaya qarşı sanksiyalar siyahısı genişlənir...

Rusiyaya qarşı sanksiyalar siyahısı genişlənir...

ABŞ Maliyyə Nazirliyi yanvarın 18-də, Rusiya neftinin ixracına qoyulan qiymət məhdudiyyətlərini pozduğuna görə Birləşmiş Ərəb Əmirliklərinin gəmiçilik şirkətinə qarşı sanksiyalar tətbiq etdiyini bəyan edib.

SİA-nın əldə etdiyi məlumata görə, , “Amerikanın Səsi” bunu bu il ilk belə hal kimi qeyd edir.

Maliyyə Nazirliyi açıqlamasında bildirib ki, Xarici Aktivlərə Nəzarət Ofisi 2022-ci ilin sonunda əldə edilmiş 18 Liberiya bayraqlı tankerin son sahibi olan Hennesea Shipping Co Ltd-yə qarşı sanksiyalar tətbiq edib.

Şirkətin gəmilərindən biri olan XC Atlantica, G7 ölkələri tərəfindən müəyyən edilmiş 60 dollardan yuxarı qiymətə satılan Rusiya mənşəli xam neft daşıyırmış.

Eyni zamanda, şirkət amerikalı dəniz xidmətləri təchizatçısının xidmətlərindən istifadə edib ki, bu da onu məsuliyyətə cəlb etməyə imkan verir.

Qeyd edək ki, Ukraynada müharibə zamanı Kremlin gəlirlərini məhdudlaşdırmaq üçün 2022-ci ilin dekabrında Qərb ölkələri tərəfindən dənizdən daşınan Rusiya neftinin bir barelinin qiymətinin 60 dollardan yuxarı həddi tətbiq edilib. Müharibə və sanksiyalara görə Rusiya neftinin böyük hissəsi Hindistan və Çinə ixrac olunur,.. onlar tavana qoşulmayıblar.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə