Fransanın Rusiyadakı səfiri Pyer Levi Rusiya Silahlı Qüvvələrinin Xarkovda əcnəbi döyüşçülər üçün müvəqqəti yerləşdirilmə məntəqəsinin, o cümlədən fransızların da olduğu yerin dağıdılması ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS-a Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
...Rusiya Silahlı Qüvvələri tərəfindən Xarkovda bir neçə onlarla fransızın da olduğu xarici döyüşçülər üçün müvəqqəti yerləşdirilmə məntəqəsinin məhv edilməsi ilə əlaqədar Fransa səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.
Bunu Zaxarova bildirib.
Rusların yazdığına görə, bir müddət bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Rusiya Silahlı Qüvvələrinin əksəriyyəti fransız olan xarici döyüşçülərin Xarkovda müvəqqəti yerləşdirilmə məntəqəsinə yüksək dəqiqliklə zərbə endirib. Zərbə nəticəsində 60-dan çox yaraqlının öldürüldüyü, 20-dən çoxunun isə yaralandığı deyilir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB