ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ukraynaya sərhəd təhlükəsizliyinin artırılması müqabilində şərtləri tam yerinə yetirilənə qədər yardım göstərilməsi ilə bağlı sazişi dəstəkləməməyə çağırıb.
SİA-nın əldə etdiyi məlumata görə, onun sözlərini RİA Novosti sitat gətirir.
Tramp etiraf edib ki, ABŞ-a miqrant axınının qarşısını almaq üçün bütün lazımi şərtlər yerinə yetirilməyənə qədər, bəlkə də, ümumiyyətlə, “sərhəd razılaşması” olmaya bilər.
Buna baxmayaraq, o, Nümayəndələr Palatasının spikeri Mayk Consonun yalnız sərhəddə mükəmməl razılaşma əldə edəcəyinə əmin olduğunu bildirib.
...Unutmayın ki, təhlükəsiz sərhədlər və ədalətli seçkilər olmadan bizim ölkəmiz yoxdur.
Tramp deyib bunu.
Xatırladaq ki, son aylar Ağ Ev fəal şəkildə Senatı və Konqresi Ukraynaya 60 milyard dollar məbləğində yeni yardım paketini təsdiqləməyə inandırmağa çalışır. Lakin ABŞ administrasiyasının bu məsələ ilə bağlı “müəyyən strategiyası” səbəbindən bir qrup qanunverici buna qarşı çıxmaqda davam edir.
Bundan əlavə, respublikaçı konqresmenlər Ağ Evin ölkə sərhədlərini qeyri-qanuni miqrantlardan qorumaqla bağlı yanaşmasını dəyişməyincə, Kiyevə yardım üçün vəsaitin ayrılmasını dəstəkləməyəcəklərini bəyan ediblər.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB