TİKA Qambiyada xərçəng müayinə və diaqnostika laboratoriyası yaradıb

TİKA Qambiyada xərçəng müayinə və diaqnostika laboratoriyası yaradıb

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Qambiyada xərçəng müayinə və diaqnostika laboratoriyası yaradıb. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

TİKA-nın Qambiyada səhiyyə xidmətlərini dəstəkləmək və inkişaf etdirmək səyləri çərçivəsində uşaqlıq xərçənginin erkən diaqnozuna kömək edəcək tibbi avadanlıq Kanifing bölgəsindəki Bundung Ana və Uşaq Sağlamlığı Xəstəxanasına çatdırılıb.

Xəstəxanada qurulan laboratoriyanın açılışında Türkiyenin Banjul səfiri Tolga Bermek, Qambiya Səhiyyə Nazirliyinin müşaviri Ömər Jah, xəstəxana işçiləri və çox sayda qonaq iştirak edib.

Səfir Bermek TİKA-nın 5 ildir Qambiyada müxtəlif sahələrdə fəaliyyət göstərdiyini bildirərək, bu layihənin insan yönümlü və həyat qurtaran layihə nümunəsi olduğunu bildirib.

Qambiya Səhiyyə Nazirliyinin müşaviri Jah isə, ölkədə xərçəng xəstələri arasında uşaqlıq xərçəngi nisbətinin 32 faiz olduğunu qeyd edib.

Jah TİKA-nın verdiyi tibbi avadanlıqlar sayəsində erkən diaqnoz imkanı əldə edəcəklərini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə