...Hə, o gün Olqa Skabeeva ruslara ABŞ-dakı anormal şaxtalar və donmuş amerikalılar haqqında danışıb.
Kremlin təbliğatçısı qeyd edib ki, amerikalıların “həp-goplarına” baxmayın, onlar üçün anomal şaxta mənfi 20 dərəcədir.
Amma Moskvada mənfi 30 olmasına baxmayaraq, hər şey öz qaydasındadır.
SİA-nın əldə etdiyi məlumata görə, bunu deyib, amerikanlılara gözdağ verməyə çalışan Skabeeva, nədənsə, son günlər Rusiyada bir-birinin ardınca baş verən kommunal qəzaları və hətta bununla bağlı xəbərlərin federal kanallarda da yayımlanmasını demir.
Deyilənlərə görə, bu gün Rusiya Kalininqraddan Vladivostoka qədər donur: Elektrostal, Selyatino, Voskresensk, Moskva yaxınlığındakı Tver vilayəti... (...SİA bəzilərini də bundan əvvəlki yazıda sadalamışdı-A.B.)
Siyahı uzun müddət davam edə bilər. Belə ki, Kalininqraddan Uzaq Şərqə qədər insanlar istilik çatışmazlığından şikayətlənirlər.
...Burda deyirlər ey, a qadan alım, rus ayısı...
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB