Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, heç kim Türkiyəni təhdidlər və riyakar oyunlarla məğlub edə bilməz.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Rəcəb Tayyib Ərdoğan bu sözləri hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) bələdiyyə sədrliyinə namizəd tanıtma mərasimindəki çıxışı zamanı deyib.
Ərdoğan buradakı çıxışında uzun müddət xaos yaradaraq, terroru gücləndirərək, çevrilişə cəhd edərək, iqtisadi tələlər quraraq Türkiyəni diz çökdürmək istəyənlərin səsinin hələ də eşidildiyini bildirib.
Rəcəb Tayyib Ərdoğan deyib:"Ölkəmizin maraqlarından, xalqımızın məqsədlərindən güzəştə getməyəcəyimizi göstərdikcə siyasi, diplomatik, iqtisadi və hərbi sahədə yeni əngəllərlə üzləşirik. Düşünürlər ki, bununla bizi qorxudacaqla. Bunu çox açıq şəkildə ifadə etmək istəyirəm “Biz heç vaxt geri addım atmayacağıq.Heç kim Türkiyəni təhdidlər və riyakar oyunlarla məğlub edə bilməz''.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB