Bayden Konqres liderləri ilə Ukraynaya yardımı müzakirə edir

Bayden Konqres liderləri ilə Ukraynaya yardımı müzakirə edir

ABŞ prezidenti Cozef Bayden çərşənbə günü Respublikaçılar Nümayəndələr Palatasının spikeri Maykl Conson, Senat və Nümayəndələr Palatasının digər liderləri ilə ABŞ sərhədindəki vəziyyəti, eləcə də Ukraynaya maliyyə yardımını müzakirə etmək üçün görüşüb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Bayden administrasiyası daha əvvəl Konqresə 2024-cü ildə Ukraynaya 60 milyard dollardan çox yardım göstərmək təklifini təqdim etmişdi.

Respublikaçıların çoxluq təşkil etdiyi Nümayəndələr Palatası bu təklifi hələ qəbul etməyib. Respublikaçılar tələb edirlər ki, Ukraynanın maliyyələşdirilməsi ABŞ-Meksika sərhədində təhlükəsizliyin gücləndirilməsi ilə əlaqələndirilsin. Respublikaçıların təklif etdiyi sərt tədbirlər, öz növbəsində, bir çox demokratlar üçün qəbuledilməzdir.

...Ağ Evin görüşlə bağlı bəyanatında deyilir ki, Bayden Rusiyanın qəddar işğalından müdafiə üçün Ukraynanın hava hücumundan müdafiə sistemləri və artilleriya ilə təmin edilməsinin vacibliyini vurğulayıb.

Qeyd edk ki, ABŞ prezidenti həmçinin ABŞ-dan yardımın göstərilməməsinin mənfi nəticələrini açıqlayıb.

Baydenə görə, bu, ABŞ-ın milli təhlükəsizliyini pozacaq, NATO və bütün azad dünyanı təhlükə altına salacaq.

Bayden həmçinin sərhəddəki təhlükəsizlik vəziyyətinin həllinin zəruri olduğunu bildirərək Senatda Respublikaçılar və Demokratların bu məsələdə razılığa yaxın olduqlarını qeyd edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə