Güclü qar və soyuq nəticəsində 6 gündə 21 nəfər ölüb

Güclü qar və soyuq nəticəsində 6 gündə 21 nəfər ölüb

ABŞ-ın bəzi ştatlarında qış şəraiti səbəbindən 6 gündə 21 nəfər həyatını itirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, cümə gününə qədər ölkənin mərkəzi bölgələrində soyuq havanın yenidən təhlükəli həddə çatacağı və donma riskinin artacağı bildirilir.

Meteoroloji xidmətlər Kanada sərhədindəki Nyu-Yorkun Buffalo şəhəri ətrafına 75 santimetrdən çox qar yağdığını, nəqliyyat vasitələri ilə gediş-gəlişin demək olar ki, qeyri-mümkün olduğunu və qarla qarışan küləyin sürətinin bəzi yerlərdə saatda 65 kilometrə çatacağını bildirib. Uçuş tıxacını izləyən FlightAware saytının məlumatına görə, bu gün ABŞ-da 1090 reys ləğv edilib, 4 min 221 reys gecikib.

Bütün xəbərlər Facebook səhifəmizdə