Başqırdıstan hadisələri bombanın partlaması effekti verib..?

Başqırdıstan hadisələri bombanın partlaması effekti verib..?

...Deyim ki, bu əksər rus saytlarının etirafıdır.

Onlar Başqırdıstandakı son hadisələri, insanların etirazlarını, polis tətbiqini “bomba partlaması” effekti kimi təqdim edirlər.

SİA-nın əldə etdiyi məlumata görə, bəzi rus saytları “...baxırsan və gözlərinə inana bilmirsən – yəni bu, doğrudanmı 2024-cü ilin yanvar Rusiyasıdır?- deyə sual edirlər.

Axı, doğrudan da, il hələ təzə başlayır. Belə görünür ki, hərbi əməliyyatların gedişatı fonunda artıq ölkə daxilindəki sıxılmış “vintlər” kəsərdən düşür?

Qeyd edək ki, rus saytlarından birinin yazdığına görə, bu, müntəzəm təbliğatçıların “xalqın Putinin kursu ətrafında cəmləşməsi” ilə bağlı açıqlamalarının bədəlidir.

Necə ki, o vaxt üsyankar Priqojin günlərində heç kim Putinin müdafiəsinə qalxmamışdı.

Belə ki, o vaxt çoxları evdə oturub “görək axırı necə olacaq” deyib gözləyirdilər.

Amma onlar unudurlar ki, bu gün Rusiyada ölkə rəhbəri üçün bir milyon və ya iki milyon imzanın toplanması ilə bağlı elanların heç bir dəyəri yoxdur.

Gərək ki, yaşlı nəsil nümayəndələrinin yadında olar, o vaxt referendumda çoxları SSRİ-nin dağılmamasına səs verdilər, amma nə oldu? Deyim ki, o vaxt SSRİ dağılanda heç kim onu ​​müdafiə etmək üçün küçələrə çıxmadı.

Bu gün bəzi iddialara görə isə guya hazırda Rusiya hakimiyyəti ilə bağlı hər şey artıq çürüyüb.

Dünən Novosibisrsk, ondan əvvəl Lipetsk, ondan da əvvəl İjevskdə soyuqda partlayan mənzil-kommunal xidmətlərindən tutmuş, ta... xalq dəstəyinə qədər.

...Yeri gəlmişkən, dünən də yazmışdıq, belə ki, Başqırdıstanda ayağa qalxan xalq etirazı Rusiya səlahiyyətlilərini yaman qorxudur...

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə