Ukrayna tərəfinə əsir düşən rus əsgəri...ukraynalılara təşəkkür bildirib..?

Ukrayna tərəfinə əsir düşən rus əsgəri...ukraynalılara təşəkkür bildirib..?

...Donetsk istiqamətində Ukrayna hərbçiləri Rusiyanın müşahidə məntəqəsini dağıdıb və bir neçə rus əsgərini əsir götürüblər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin komandanlığı xəbər verir.

Qeyd olunur ki, 3-cü ayrı MTR alayının operatorları Donetsk istiqamətində kəşfiyyat apararkən düşmənin müşahidə məntəqəsini aşkar ediblər.

Döyüş qrupunun peşəkar fəaliyyəti nəticəsində düşmənin müşahidə məntəqəsi məhv edilib.

Və orada olan Rusiya ordusunun hərbçiləri əsir götürülərək mübadilə fondunun doldurulması üçün müvafiq orqanlara təhvil verilib.

MTR əlavə etdi ki, ruslardan biri “təəccüblü şəkildə əsir düşdüyünə” görə onlara təşəkkür edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə