ABŞ Putinin Ukrayna ilə bağlı xəbərdarlığına münasibət bildirib

ABŞ Putinin Ukrayna ilə bağlı xəbərdarlığına münasibət bildirib

...Çikaqo Universitetinin politoloqu Con Mearşaymerə görə, ABŞ vəziyyəti xilas etmək üçün Ukraynaya qoşun göndərə bilər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RİA Novosti yazır.

Bir gün əvvəl Rusiya prezidenti Vladimir Putin Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun uğursuz olduğunu bildirib. O əlavə edib ki, belə davam edərsə, Ukraynanın dövlətçiliyi sual altında qalacaq.

Amerikalı alim qeyd edib ki, Ukrayna tədricən “disfunksional yaramaz dövlətə” çevrilir.

Onun sözlərinə görə, ABŞ, xüsusən də ekspertlər Ukrayna Silahlı Qüvvələrinin parçalandığını başa düşsələr, ölkədə baş verənlərə hansısa şəkildə cavab verməyə məcbur olacaq.

Mearşaymer, “vəziyyəti xilas etmək üçün yəqin ki, müdaxilə edəcəyimizdən narahat olmaq üçün əsas var”-deyə bildirib.

Politoloq gələcəkdə Rusiya hərbçilərinin Odessa və Xarkovu nəzarətə götürə biləcəyini də irəli sürüb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə