Tramp hakimlə mübahisə edib

...Nyu-Yorkun hakimi Lyuis Kaplan ABŞ-ın keçmiş prezidenti Donald Trampı dinləmələrə müdaxilə etməyə davam edərsə, məhkəmə zalından qovulacağı ilə hədələyib və buna cavab olaraq Tramp məmnuniyyətlə ayrılacağını bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri CNN yayıb.

Qeyd edək ki, məhkəmə Trampı təqib və böhtanda ittiham edən yazıçı Elizabeth Kerrollun mülki iddiasına baxıb. Xatırladaq ki, ilk dəfə 2023-cü ilin mayında məhkəmə Trampdan yazıçıya 5 milyon dollar ödəməyi tələb edib. Daha sonra qadın məbləği 10 milyon dollara dəyişib. Bunun səbəbi, siyasətçinin Kerrollu dəli adlandırması olub.

Yeri gəlmişkən, bundan əvvəl ABŞ-ın keçmiş prezidenti Donald Tramp yazıçı Elizabeth Kerrollun işi üzrə məhkəmənin keçirildiyi Nyu-York federal məhkəmə binasını tərk etmişdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə