...“Aydar” batalyonunun keçmiş rota komandiri Yevgeni Diki III Dünya Müharibəsinin başlamasının nə dərəcədə mümkün olduğunu qiymətləndirib.
O hesab edir ki, belə bir nəticənin olma ehtimalı yüksək olsa da, amma bu il olmayacaq.
Ukraynalı döyüşçüyə görə, indi bütün Qərb dünya müharibəsini sövq etməyə çalışır, amma düşünürəm ki, onların başqa seçimi olmayacaq. Və bunun mümkün qədər tez başlamasında demək olar ki, yalnız biz maraqlıyıq, çünki bu, əlbəttə ki, bizim üçün elə də pis olmayacaq.
Dikinin sözlərinə görə, bu gün onlar nüvə silahı istisna olmaqla, bütün arsenalları ilə Ukraynaya qarşı vuruşurlar.
O, iddia edir ki, biz artıq yaşamaq uğrunda müharibədəyik, halbuki ABŞ və Çin kimi böyük oyunçular hələ birbaşa iştirak etmirlər.
Maraqlıdır ki, hazırda Ukrayna və İsrailin xeyir tərəfdə vuruşduğunu deyən Diki, digər tərəfdə bütöv tamhüquqlu koalisiyanın artıq toplandığını da istisna etmir.
O da maraqlıdır ki, keçmiş rota komandiri III Dünya Müharibəsinin Ukrayna ərazisində başlamayacağına əminlik ifadə edir.
Dikinin ehtimalına görə, bu müharibə Tayvanda başlayacaq.
...Yeri gəlmişkən, “...Qərb dünyası başa düşməlidir ki, nisbi sülh və sabitlik erası arxada qalıb və gözlənilməz dövrlər başlayıb”.
Qeyd edək ki, bunu NATO Hərbi Komitəsinin sədri, admiral Rob Bauer alyansın yüksək rütbəli rəhbərliyinin iclasında deyib.
Onun sözlərinə görə, Qərb qərargah rəhbərliyinin standart hərbi planları ilə məhdudlaşmayaraq, qlobal təhlükələrə qarşı mübarizəyə bütövlükdə bütün cəmiyyəti cəlb etməlidir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB