...ABŞ-ın Ukraynaya yardımı ilə bağlı qərar yaxın həftələrdə qəbul edilməlidir.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bunu telemarafonda Ukraynanın xalq deputatı Aleksandra Ustinova deyib.
Onun sözlərinə görə, dünən Davosda senator Kris Kusun başçılıq etdiyi ABŞ Konqresinin nümayəndə heyəti ilə danışıb. O qeyd edib ki, bu həftə Ukraynaya yardımla bağlı qərar səsə qoyulmayacaq.
Konqres nümayəndələrinin Ukrayna məsələsinə gələn həftə qayıdacaqlarını deyən Ustinovanın sözlərinə görə, söhbət ondan ibarət idi ki, nə demokratlar, nə də respublikaçılar birinci saziş paketini istəməyirlər və ona görə də bəzi əlavə danışıqlar olacaq.
...Amma biz həqiqətən ümid edirik ki, bu yardım yaxın bir neçə həftə ərzində qəbul olunacaq. Mən onlara açıq mətnlə dedim ki, bu yardım yaxın bir neçə həftə ərzində gəlməsə, Ukrayna müharibəni uduzacaq.
...Ustinovanın dediyinə görə, senator Kuns cavab verib ki, Ağ Evdən onlara tapşırıq var, həmkarları ilə danışıqlar aparmalı və sərhəd məsələsində konsensus tapmalıdırlar ki, Ukraynaya pul ayrılsın.
Ustinova hesab edir ki, “...bizə mane ola biləcək və danışıqlar prosesinə ciddi zərbə vura biləcək yeganə məsələ Donald Trampın indi çox güman ki, prezident seçkilərində Respublikaçılar Partiyasından namizəd olmayacaq bir siyasətçi kimi buna müdaxilə etməsidir”.
...Bu arada UNIAN-ın verdiyi məlumata görə, Davosda ABŞ-ın dövlət katibi Entoni Blinken CNBC telekanalına müsahibəsində deyib ki, Amerika Birləşmiş Ştatları Ukraynanın 2024-cü ildə sağ qalması üçün lazım olan hər şeyə malik olmasını təmin etməyə cəmlənib.
Təbii ki, burada söhbət prezident Cozef Baydenin tələb etdiyi əlavə maliyyənin Konqresin təsdiqindən gedir.
O qeyd edib ki, söhbət ABŞ-da birbaşa Ukraynanın müdafiəsi üçün malların alınmasına xərclənən 50 milyard dollardan gedir.
Xatırladaq ki, hələ 2023-cü ildə Ağ Ev Konqresdən Ukrayna və İsrail üçün əlavə maliyyə yardımı istəyib, lakin bu tələb hələ ki, qəbul olunmayıb. Yeni il bayramı öncəsi respublikaçılar yekun səsvermə olmadan tətilə çıxıblar.
Bir də əsas əngəl Amerika sərhədinin təhlükəsizliyi məsələsi ilə bağlıdır.
Yeri gəlmişkən, ABŞ prezidenti Cozef Bayden Ukrayna, İsrail və sərhəd üçün maliyyə tələbini müzakirə etmək üçün Konqres liderlərini Ağ Evdə görüşə dəvət edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB