...Finlərin böyük əksəriyyəti ABŞ-a rəğbət bəsləyərkən Rusiya, Türkiyə və Çinə qarşı mənfi emosiyalar keçirirlər.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu nəticələri Finlandiyanın EVA biznes həyatı analitik mərkəzi təqdim edib.
Beləliklə, yanvarın 16-da EVA finlərin ABŞ, Çin, Rusiya və dünya siyasi səhnəsində mühüm rol oynayan digər yeddi ölkəyə baxışları ilə bağlı sorğunun nəticələrini dərc edib.
Əsas nəticələrə görə, finlərin 94 faizi Rusiyanı, 77 faizi isə Türkiyəni bəyənmir. Finlərin 72 faiz Çinə mənfi münasibət bəsləyir.
Mərkəzin analitiklərinin qeyd etdiyi kimi, finlərin Türkiyəni bəyənməməsi Ankaranın Finlandiya və İsveçin NATO-ya üzvlüyünün ratifikasiyası ilə bağlı davranışı ilə izah oluna bilər.
Eyni zamanda, ölkə vətəndaşlarının demək olar ki, dörddə üçü ABŞ-ı dünyada Qərb dəyərlərinin əsas müdafiəçisi, eləcə də Finlandiyanın mühüm tərəfdaşı kimi görür.
2020-ci ildə finlərin yalnız 39 faizi bu fikirdədir.
...Dünya siyasətinin oyunçusu kimi ABŞ-a münasibət son illərdə demək olar ki, tamamilə,.. şübhəlidən simpatiyaya doğru dəyişib. Dəyişikliklər Rusiyanın Ukraynaya hücumu və Finlandiyanın təhlükəsiz olması üçün Finlandiyanın NATO-ya üzvlük üçün müraciət etməli olduğunu başa düşməsi ilə başlayıb.
Bunu mərkəzin ekspertləri qeyd edirlər.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB